Nuri əl-Maliki: İraqın şimalında "2-ci İsrail"in yaranmasına icazə verməyəcəyik
İraq prezidentinin birinci müavini bildirib: Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun ləğvi zəruridir və bu ölkə hökuməti İraqın şimalında "2-ci İsrail"in təsis olunmasına icazə verməyəcək.
Əssüməriyyə Newsun məlumatına görə, İraqın vitse-prezidenti Nuri əl-Maliki bazar günü Duqlas Alan Sillimanla görüşdə deyib: Kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun keçirilməsi qeyri-qanunidir və İraq xalqı, xüsusilə kürd vətəndaşların xeyrinə deyil.
Nuri əl-Maliki həmçinin deyib: Kürdüsan məntəqəsinin ayrılması üzrə referendumun İraqın təhlükəsizliyi, hakimiyyəti və birliyinə mənfi nəticələri olacaqdır.
İraqın sabiq baş naziri bildirib: Danışıqlar aparan tərəflərdən hamının səs verdiyi konstitusiyaya əsasən, Bağdad və Ərbil arasında problemləri həll etməsini istəyirik.
İraqın vitse-prezidenti eyni zamanda kürd muxtariyyətinin rəhbəri Məsud Barzanidən referendumun keçirilməsinə qarşı çıxan İraq xalqı və beynəlxlaq mövqelərə hörmətlə yanaşmasını istəyib.
Bu arada İraq Milli Koalisiyasının rəhbəri Seyid Əmmar Həkim kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referendumun dayandırılması və şərtsiz danışıqların aparılmasına səy göstərilməsini vurğulayıb.
Seyid Əmmar Həkim Bağdadda media mənsubları ilə görüşdə deyib: Konstitusiya çərçivəsində ciddi, dərin və hərtərəfli danışıqlara qayıtmaq İraq dövlətinin qarşısında duran problemləri həll edəcək.
İraq Kürdüstanının partiyaları ötən 7 iyunda Məsud Barzaninin iştirakı ilə keçirilən iclasda Kürdüstanın İraqdan ayrılması üzrə referendumun 25 sentyabrda keçirilməsini qəbul ediblər.
İraq Kürdüstanının referendumun keçirilməsinə israr etməsi İraq dövləti, müxtəlif İraq qrupları və region ölkələrinin ciddi reaksiyası ilə üzləşib.