Sen 18, 2017 13:15 Asia/Baku
  • On milyon yəmənli uşaq humanitar yardımlara ehtiyaclıdır

BMT-nin humanitar yardımlar üzrə koordinasiya ofisi bildirib: Müharibəyə məruz qalan on milyon yəmənli uşaq köməyə ehtiyaclıdır.

İRNA-nın məlumatına görə, BMT-nin humanitar yardımlar üzrə koordinasiya ofisi bildirib: Yəmən müharibəsində uşaqlar daha çox zərərçəkən tərəfdir və onların çoxlu qida çatışmazlığı və vəba xəstəliyi ilə üzləşib. Bundan əlavə indiyə qədər yüzlərlə uşaq hücumlar nəticəsində dünyasını dəyişmişdir.

Qeyd edək ki, BMT hesabatlar verərək bildirib ki, 21 milyona yaxın yəmənli humanitar yardımlara ehtiyaclıdır və on milyon nəfər də canını xilas etmək üçün bu yardımlara ehtiyac duyur.

BMT-nin Uşaq Fondu YUNİSEF də bundan öncə bildirmişdi ki, 2017-ci il 27 apreldən bəri beş yaşdan aşağı 150 min yəmənli uşaq vəba xəstəliyinə yoluxub. Həmçinin beş yaşdan aşağı 380 min uşaq qida təhlükəsizliyinin olmamasından əziyyət çəkir.

Ali-Səud rejimi 2015-ci il mart ayından ABŞ və bəzi qərb və ərəb ölkələrinin dəstəyi ilə Yəmənə hücum edib. Məqsədi bu ölkənin istefaya getmiş prezidenti Əbdrəbbə Mənsur Hadini iqtidara qaytarmaqdır.

Teqlər