İraq Suriyada İŞİD-in mövqelərinə havadan hücum etdi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i282867-İraq_suriyada_İŞİd_in_mövqelərinə_havadan_hücum_etdi
İraq qırıcı təyyarələri ötən fevral ayındakı hücuma bənzər əməliyyatda Suriyanın əl-Məyadin bölgəsində İŞİD terror qruplaşmasının mövqelərini bombalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2017 12:01 Asia/Baku
  • İraq Suriyada İŞİD-in mövqelərinə havadan hücum etdi
    İraq Suriyada İŞİD-in mövqelərinə havadan hücum etdi

İraq qırıcı təyyarələri ötən fevral ayındakı hücuma bənzər əməliyyatda Suriyanın əl-Məyadin bölgəsində İŞİD terror qruplaşmasının mövqelərini bombalayıblar.

İRİB-in məlumatına görə, İraq Daxili İşlər Nazirliyi çərşənbə axşamı günü bir bəyanatda bildirib: İraq qırıcı təyyarələri Suriyanın əl-Məyadin bölgəsində İŞİD terror qruplaşmasının altı mövqeyini atəşə tutub. Nəticədə üç bomba quraşdırılmış avtomobil partlayıb, hərbi təchizat və partlayıcı kəmərlər olan anbar partlayıb və onlarla İŞİD-çi ölüb. 

İraq DİN bu bəyanatda bu əməliyyatın nə vaxt keçirildiyinə toxunmayıb.