Bəhreynli məhbuslar məhərrəmlik mərasimini keçirdiyinə görə döyülüblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283453-bəhreynli_məhbuslar_məhərrəmlik_mərasimini_keçirdiyinə_görə_döyülüblər
Ali-Xəlifə rejiminin təhlükəsizlik məmurları Bəhreynin Cəvv mərkəzi həbsxanasında Əba Əbdillahil-Hüseyn (ə) əzadarlı mərasimini keçirən məhbusları döyüblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 24, 2017 10:02 Asia/Baku
  • Bəhreynli məhbuslar məhərrəmlik mərasimini keçirdiyinə görə döyülüblər
    Bəhreynli məhbuslar məhərrəmlik mərasimini keçirdiyinə görə döyülüblər

Ali-Xəlifə rejiminin təhlükəsizlik məmurları Bəhreynin Cəvv mərkəzi həbsxanasında Əba Əbdillahil-Hüseyn (ə) əzadarlı mərasimini keçirən məhbusları döyüblər.

Rəsa Xəbər Agentliyinin məlumatına görə, Cəvv mərkəzi həbsxanasının məmurları bildiriblər ki, həbsxanada istənilən əzadarlıq mərasiminin keçirilməsi qadağandır və bu mərasimdə iştirak edənlər cəzalandırılacaqlar.

Bu arada Bəhreynin əl-Məamir bölgəsinin sakinləri Məhərrəm ayı əzadarlıq bayraqlarını endirməyə cəhd edən Ali-Xəlifə rejimi təhlükəsizlik məmurlarına müqavimət göstəriblər.

Ali-Xəlifə hərbçiləri bu hücumda polis itlərindən istifadə edib və əzadarlara doğru gözyaşardıcı qazlardan istifadə ediblər. Nəticədə bir qrup Bəhreyn vətəndaşı boğulma ilə üzləşib.