İraq Hizbullahı: Məsud Barzani xəyanətkardır
İraq Hizbullahının sözçüsü deyib: İraq Kürdüstanı muxtariyyatının başçısı Məsud Barzani separatçı referendum keçirməklə İraqa xəyanət etdi.
Seyid Cəfər Hüseyni çərşənbə axşamı Barzaninin İraq kürdlərinə qarşı zalımcasına davrandığını deyərək, İraq Kürdüstanı muxtariyyatı başçısının öz müxaliflərini repressiya etdiyini bildirib.
İraq mediaları da Peşmərgə qüvvələrinin İraq Kürdüstanında bəzi məntəqə sakinlərini təhdid etdiklərini bildiriblər. Belə ki, referendumda iştirakdan imtina edənlər sürgün ediləcəkləri ilə təhdid ediliblər.
İraq Hizbullahının sözçüsü həmçinin, referendum fitnəsinin arxasında Amerika və İsrailin durduğunu deyərək, vurğulayıb: Amerikalıların həqiqi mövqeyi Bağdadın İraqın parçalanması təhlükəsi ilə mübarizə aparmaq üçün praktiki addımlar atacağı zaman müəyyən olacaq.
İraq Kürdüstanında separatçı referendum yerli və xarici müxalifətlərə və beynəlxalq etirazlara rəğmən 25 sentyabrda keçirildi. Məsud Barzani şəxsi maraqlarını kürd xalqının maraqlarından üstün tutaraq, çirkin bir fitnə başlatmış olub.
İsrail rejimi region ölkələrini parçalamaq məqsədi ilə İraq kürdlərini separatçılığa dəvət edir.