Barzani İraqın kürd sakinli bölgəsinə hakimiyyətini davam etdirməyi düşünür
Barzani Kürdüstanın müstəqil olduğu təqdirdə həmişəlik olaraq hakimiyyət ilə vidalaşacağını bildirsə də , İraq Kürdüstanı bölgəsinin bu ölkədən ayrılması üzrə referendumun keçirilməsində məqsəd, Barzani ailəsinin bu bölgəyə hökmranlığının davamına zəmin yaratmaqdan ibarətdir.
Urian 24 internet portalı bir məqalə dərc edərək İraq Kürdüstanı bölgəsinin ayrılması referendumunun keçirilməsinin nəticələrini araşdırıb və belə yazır: İndiyədək belə fikir formalaşmışdı ki, Barzani referendum keçirməklə Bağdaddan imtiyaz almağı düşünür. Barzaninin beynəlxalq müxalifətə və qonşu ölkələrin xəbərdarlıqlarına rəğmən referendumun keçirilməsində israrlı olması onun kürdlərə qarşı səmimi olmadığını göstərir.
Bu barədə bir reallığı gözdən qaçırmaq olmaz o da bundan ibarətdir ki, Barzaninin referendumda ilk məqsədi özünün İraq Kürdüstanına başçılığındakı zəifliyini ört-basdır etməkdir. Bunun üçün Barizaninin başçılıq etdiyi partiya və onun tərəfdarları kürdlər arasında millətçilik əhval-ruhiyyəsini gücləndirməyə çalışıblar.
Amma bu macəranın hamısı deyil. Ərəblərin kürdlər tərəfindən etnik təmizləməyə məruz qaldıqları Kərkükdə çaxnaşmalı vəziyyət özünün kulminasiya nöqtəsinə çatıb. Əslində Səddam rejimi dövründə Kərkükdə həyata keçirilən siyasət bu gün kürd qüvvələr tərəfindən həyata keçirilməkdədir. Səddam rejimi dövründə kürdlər Kərkükdən məcburi köçgün edilərək bu bölgənin ərəbləşdirilməsinə cəhd göstərildi, bu gün isə ərəblər ərazidən köçürülür və şəhərin kürdləşdirilməsinə cəhd göstərilir. Məhz buna görə də mərkəzi hökumət Kərkükün Kürdüstan bölgəsinin nəzarətinə keçməsinə imkan verməyəcəyinə and içib. Buna baxmayaraq kürdlər Kərkükü öz mədəniyyətlərinin beşiyi hesab edir və ona heç cür göz yummayacaqlarını bildirirlər.
Belə bir mükəmməl düşmənçiliyi nəzərə alan Barzani və onun tərəfdarları İraq Kürdüstanının bu ölkədən ayrılması üzrə referenduma müsbət hadisə kimi baxırlar. İsrail də ərəb dünyasında Balkan nümunəsinin tətbiqi ardınca olaraq bu referenduma dəstək verir.
Məsud Baizaninin və onun partiyasının öz siyasi hesablamaları əsasında etdikləri qumar çox təhlükəli olacaq.Bu Orta şərqdə yeni münaqişəyə yol aça bilər.
Bu ona görə təhlükəli və son dərəcə ciddi ola bilər ki, terrorçu İŞİD qrupu Kürdüstanın darvazası arxasındadır, faciəli ssenari İraqda daxili müharibənin başlanmasıdır ki, regionu növbəti qan-qadaya sürükləyə bilər.