Bəhreyndə Aşura rəmzlərinə hücum
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283865-bəhreyndə_aşura_rəmzlərinə_hücum
Bəhreyn rejimi hərbçiləri bu ölkənin müxtəlif bölgələrində, o cümlədən əl-Müsəllada Aşura rəmzlərini dağıtmağı davam etdirirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2017 16:41 Asia/Baku
  • Bəhreyndə Aşura rəmzlərinə hücum
    Bəhreyndə Aşura rəmzlərinə hücum

Bəhreyn rejimi hərbçiləri bu ölkənin müxtəlif bölgələrində, o cümlədən əl-Müsəllada Aşura rəmzlərini dağıtmağı davam etdirirlər.

Mehr İnformasiya Agentliyinin Bəhreyn KİV-nə istinadla verdiyi məlumata görə, Məhərrəm ayının başlanması və Bəhreynin müxtəlif bölgələrində küçələrin qara parçalara boyanması ilə yanaşı, Ali-Xəlifə rejimi Hüseyniyyələr və Aşura rəmzlərinin dağıdılması prosesini gücləndirib.

Bu məlumata görə, Ali-Xəlifə rejimi gündəlik Bəhreynin bir çox bölgəsində gəncləri və Hüseyniyyələrin məsullarını həbs edərək bayraqları və Məhərrəm ayı ilə əlaqədar yazıları yığışdırırlar.

Bəhreyndə din azadlığı əleyhinə son hərəkətdə, ötən gün əl-Müsəlla məntəqəsində bəhreyn təhlükəsizlik qüvvələri Aşura rəmzlərinin dağıdılmasına etiraz edən gənclərə qarşı güc tətbiq ediblər. nəticədə bir qrup etirazçı yaralanıb.

Bəhreyn əl-Vifaq Cəmiyyətinin məlumatına görə, sadəcə Zilhəccə ayının son günlərində və Məhərrəm ayının əvvəlində təhlükəsizlik məmurlarının Aşura rəmzlərinə təcavüzü ilə əlaqədar 43 hal və gənclər və hüseyniyyələrin məsullarının həbs olunması ilə bağlı 15 hal qeydə alınıb.