F.Məsum iddia edib: Referndum qanunsuz deyil
İraqın Kürdüstan məntəqəsində ayrılıq referendumunun keçirilməsindən bir neçə gün sonra İraq prezidenti Fuad Məsum nəhayət öz mövqeyini bildirib.
İraqın Kürdüstan məntəqəsində ayrılıq referendumu beynəlxalq müxalifətə və İraq dövlətinin qətiyyətli reaksiyasına rəğmən, İraq Kürdüstanı məntəqəsinin başçısı Məsud Barizaninin şəxsi məqsədilə 2017-ci il sentyabrın 25-də keçirildi. Barizaninin bu hərəkəti İraqın əsas qanunu və beynəlxalq qanunların pozulması deməkdir.
İraq prezidenti bu gün İraqın Kürdüstan məntəqəsində keçirilmiş referendumun qanuni olduğunu iddia edərək, vurğulayıb ki, Kürdüstan məntəqəsinin İraqdan ayrılması qanunsuz hərəkətdir.
Fuad Məsum söyləyib: İraqın əsas qanununda referendumun keçirilməsini açıq şəkildə qadağan edəcək bir şey qeyd olunmayıb; İraqın əsas qanunu üç mövqedə bu məsələyə toxunubdur.
Bundan öncə İraq parlamentinin bəzi üzvləri bildirmişdilər ki, Fuad Məsumun İraq prezidentliyindən kənarlaşdırılması üçün imza toplamaqdadırlar.