Okt 01, 2017 13:29 Asia/Baku
  • Kərbəlada əzəmətli Aşura mərasimi

Milyonlarla Hüseyn(ə) zəvvarının Aşura mərasimini keçirmək üçün Kərbəlada olması ilə bir zamanda İraq dövləti zəvvarların təhlükəsizliyinin təmini və onların Kərbəla vilayətinin girəcəklərinə daxil olmaları əməliyyatının asanlaşdırılması üçün dörd min könüllü qüvvənin iştirakından xəbər verib.

Hüseyn(ə) Aşurası mərasimi hər il o həzrətin İraqın daxili və xaricindən olan milyonlarla zəvvarının iştirakı ilə keçirilir və bu il İranın qərbindəki İlam vilayətinin nəqliyyat idarəsinin baş direktorunun sözlərinə görə, səkkiz gün ərzində İranın Mehran quru sərhədindən İraqın Kərbəla vilayətinə təqribən 92 min iranlı gedibdir.

İraq şiələrinin ali mərcəyinin nümayəndəsi Əbdulmehdi Kərbəlayinin göstərişi ilə Kərbəla vilayətində milyonlarla İmam Hüseyn(ə) əzadarına təhlükəsizlik və səhiyyə xidmətlərinin göstərilməsi sayəsində bu şəhərin müxtəlif məntəqələrində və bütün girəcəklərində geniş təhlükəsizlik tədbirləri görülüb, eləcə də avtomobillərin gediş-gəlişi üçün qadağalar tətbiq edilibdir.

Bundan əlavə, Kərbəla vilayətində İmam Hüseyn(ə) və Həzrət Əbbas(ə)-ın ziyarətgahlarının yaxınlığında zəvvarların təhlükəsizliyinin təmini üçün təqribən min müşahidə kamerası quraşdırılıbdır. Bu vilayətin məsul şəxsləri də bütün zəvvarların təhlükəsizlik qüvvələrilə həmkarlığı vacibliyini vurğulayırlar.

Kərbəla polisinin sözçüsü Əla Əlqaniminin dediyinə görə, polis dünən axşam Aşura gecəsi mərasiminin başa çatmasınadək minik avtomobillərinin gediş-gəlişini qadağan edibdir.

Eyni zamanda, İraqın neft nazirliyi Kərbəla vilayətində Hüseyn(ə) zəvvarlarının ehtiyaclarının təmini üçün on bir milyon litrdən çox yanacağın təmin edilməsindən xəbər verib.

Teqlər