İraq-Suriya sərhədlərində Həşdüşşəbinin İŞİD-ə qarşı əməliyyatı
İraqın Əl-Həşdüşşəbi qüvvələri bu gün bildirib ki, İraqla Suriya sərhəd ərazilərində İŞİD terrorçularını hədəfə almaq məqsədi ilə bu qrupa zərbələr endirib.
İSNA-nın verdiyi məlumata görə, Əl-Həşdüşşəbi rəsmi telekanaldan yayımlanan bəyanatda bildirib: Əl-Həşdüşşəbinin 28-35-ci diviziyaları və Ruhullah batalyonu Suriya ilə həmsərhəd ərazidə, Əl-Ənbar çölünə İŞİD terrorçularından ibarət bir qrupu hədəfə alıb.
Bəyanatda deyilir: Bu hücum nəticəsində terrorçuların 13 hərbi texnikası dağıdılıb, yerləşdikləri 5 mərkəz və bir sıra hərbi sursat yox edilib.
Həşdüşşəbi qüvvələri həmçinin bildiriblər ki, İŞİD terrorçularının sərhəd ərazilərindəki fəaliyyətləri monitorinq edilir və onların İraq ərazisinə daxil olmalarına qarşı əməliyyatlar davam etdiriləcək.