Fəth və Həmas milli barışıq anlaşmasını imzaladılar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285071-fəth_və_həmas_milli_barışıq_anlaşmasını_imzaladılar
Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) və Fəth Hərəkatı Misirin paytaxtı Qahirə şəhərində milli barışıq sənədini imzalayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2017 11:28 Asia/Baku
  • Fəth və Həmas milli barışıq anlaşmasını imzaladılar

Fələstin İslami Müqavimət Hərəkatı (Həmas) və Fəth Hərəkatı Misirin paytaxtı Qahirə şəhərində milli barışıq sənədini imzalayıblar.

İRNA-nın məlumatına görə, cümə axşamı Fəth və Həmas arasında imzalanan milli barışıq sənədinə əsasən Qəzzədə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Fələstin Özünüidarə Hökumətinin 3000 polis əməkdaşı Qəzzə zolağında, Misir və işğal edilmiş Fələstin arasındakı sərhəd məntəqədə yerləşəcək.

Bu məlumata görə, Fələstin Özünüidarə Hökumətinin başçısı Mahmud Abbas bir aya kimi Qəzzəyə səfər etməlidir.

Fəth və Həmas arasındakı müzakirələr çərşənbə axşamı Qahirədə Misir hökumətinin nəzarəti altında başlanmışdı. Müzakirələrdə Qəzzə sakinlərinin məişət problemləri, təhlükəsizlik məsələləri, sərhəd keçid məntəqələri və milli birlik hökuməti mövzuları araşdırılıb.

Həmas və Fəth hərəkatları müştərək bir bəyanat yayaraq, Misirdə baş tutan milli barışıq danışıqlarını müsbət və konstruktiv dəyərləndiriblər.

Həmasın rəhbər üzvlərindən olan Hisam Bədran bu barədə deyib: Fələstin xalqı bu barışığın icra edilməsinin həqiqi zaminidir və milli qruplardan da bu barışıqda üzərlərinə düşənə əməl etmələri gözlənilir.