Okt 15, 2017 10:14 Asia/Baku
  • Kürd peşmərgələr Kərkükdən geri çəkilməkdən imtina ediblər
    Kürd peşmərgələr Kərkükdən geri çəkilməkdən imtina ediblər

İraq Kürdüstanı bölgəsinin peşmərgə qüvvələri komandanı Kərkükdən geri çəkilməmək və bu qüvvələrə döyüşə hazır olmaq göstərişi verib.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, İraqın kürd muxtariyyəti peşmərgə qüvvələrinin komandanı Sirvan Barzani Ali-Səuda bağlı əl-Hədəs televiziyası ilə müsahibədə deyib: Peşmərgə qüvvələri hazır vəziyyətdədirlər və Kərkükdən geri çəkilməyəcəklər. 

Sirvan Barzani Kərkükdə əhali tərkibinin hər hansı dəyişikliyinin rədd olunduğunu iddia edərək deyib: Peşmərgə qüvvələrin bölgələrdən geri çəkilməsi İraqın mərkəzi hökuməti ilə koordinasiya ilə həyata keçirilir. 

İraq kürd muxtariyyəti peşmərgə qüvvələri üç il öncə İŞİD terror qruplaşmasının İraqdakı hücumları nəticəsində yaranan destabil vəziyyətdən istifadə edərək Kərkük vilayətinin bəzi hissələrini öz nəzarətinə keçirdi. 

Bundan öncə Bədr Təşkilatının baş katibi və İraq xalq səfərbər qüvvələrinin komandanlarından Hadi əl-Amiri peşmərgə qüvvələrdən nəzarətə götürdükləri bölgələrdən geri çəkilmələrini istəmişdi. 

Teqlər