Peşmərgə qüvvələri Kərkükün bəzi məntəqələrindən geri oturublar
-
Peşmərgə qüvvələri Kərkükün bəzi məntəqələrindən geri oturublar
Peşmərgə komandirlərindən biri bu gün səhər bildirib ki, heç bir döyüş aparmadan Kərkükdəki "Məktəb Xalid" məntəqəsini və bəzi digər məntəqələri iraqlı qüvvələrə təslim ediblər.
Dünən gecə Kərkükün cənubunda və Tozxurmator məntəqəsində məntəqəsində iraqlı qüvvələrlə peşmərgə qüvvələri arasında atışma baş verib və hazırda Kərkükdə vəziyyət təhlükəsizlik xarakterlidir.
Bu məlumata görə, kürdlər özlərinin öncəki mövqelərinə geri dönməyə, eləcə də hərbi hava limanını və neft quyularını İraq hökumətinə təslim etməyə hazır olmayıblar.
Bu hadisələrin ardınca İraqın baş naziri Heydər Əlibadi bildirib ki, Bağdad kürdlərlə savaş ardınca deyil və iraqlı və peşmərgə qüvvələrinin həmkarlığı ilə Kərkükdə asayiş və təhlükəsizliyin bərqərar edilməsini istəyir.
BMT-nin, dünya ictimaiyyətinin, rəsmi Bağdadın və qonşu ölkələrin müxalifətilə üzləşmiş İraq Kürdüstanında son referendumun keçirilməsinin ardınca bu məntəqə çaxnaşmaların və əhalinin nigarançılığının artmasının şahididir.
İraqın baş naziri Heydər Əlibadi dünən gecə kürd peşmərgə qüvvələrinin Kərkükdən geri çəkilmələri üçün təyin olunmuş 72 saatlıq möhlətin başa çatmasından sonra iraqlı qüvvələrin Kərkükə nəzarəti və bu ölkənin neft quyularının geri alınması üzrə əməliyyatın başlanması barədə göstəriş verib.
Heydər Əlibadi iraqlı qüvvələrə əmr edibdir ki, imkan daxilində döyüşün baş verməsindən çəkinərək, Kərkük sakini olan İraq vətəndaşlarının həyatını qorusunlar.
İraq Kürdüstanı məntəqəsindəki peşmərgə qüvvələri 2014-cü ilin iyun ayında İŞİD terror qrupunun İraqdakı hücumları səbəbindən yaranmış əmin-amansızlıq və hərc-mərclikdən sui-istifadə edərək, Kərkük vilayətinin bir hissəsini, o sıradan bu vilayətin neft quyularını öz nəzarəti altına aldılar. Heydər Əlibadi ötən həftə kürd peşmərgə qüvvələrinin bu məntəqələrdən geri çəkilmələri üçün möhlət təyin etdi. Bu möhlət dünən gecə başa çatıbdır.