Okt 16, 2017 16:48 Asia/Baku
  • İraqlı qüvvələr Kərkükə daxil olublar
    İraqlı qüvvələr Kərkükə daxil olublar

İraqlı qüvvələr öz irəliləyişlərinin davamında Kərkükə daxil olublar.

İraqlı qüvvələrin Kərkükə daxil olmalarının ardınca peşmərgə və PKK qüvvələri bu şəhərdən Süleymaniyyəyə və Ərbilə tərəf geri çəkilməkdədirlər.

Xəbərlər həmçinin Kərkükdə dövlət təşkilatlarının, idarələr və mağazaların tətil olmalarından söz açır.

Bəzi iraqlı mənbələr bu gün bildiriblər ki, İraq Kürdüstanı məntəqəsinin başçıları PKK yaraqlılarını Kərkükə gətiriblər.

İnformasiyalar peşmərgə qüvvələrindən bəzilərinin iraqlı qüvvələrlə üzləşməkdən qaçmalarına görə, onların arasında daxili qarşıdurmadan və onların bir qrupunun həbs olunmasından xəbər verir.

Teqlər