Əlibadi: Peşmərgə qüvvələri federal dövlətin komandanlığı altında öz vəzifələrinə əməl etsinlər
-
Əlibadi: Peşmərgə qüvvələri federal dövlətin komandanlığı altında öz vəzifələrinə əməl etsinlər
İraqın baş naziri Kərkükdəki cari durumu şərh edib, onun sakinlərinə və bu ölkənin Kürdüstan məntəqəsinin əhalisinə əminlik verərək, peşmərgə qüvvələrindən istəyibdir ki, qanun əsasında İraqın federal qüvvələrinin komandanlığı altında hərəkət etsinlər.
İraqın baş naziri Heydər Əlibadi bir bəyanatda belə qeyd edib: Dövlətin vəzifəsi, İraq Kürdüstanı məntəqəsində qüdrət sahiblərinin israrları səbəbindən birtərəfli referendumun keçirilməsi ucbatından parçalanma astanasında qərar tapmış İraq ölkəsinin birliyinin qorunması və vətəndaşlara xidmət üçün əsas qanuna uyğun olaraq, hərəkət etməkdir.
Əlibadi deyib: Bu referendum elə bir şəraitdə keçirilibdir ki, İraq terrorizmlə, xüsusi olaraq İŞİD ilə mübarizə aparır. O, deyib: Biz çalışdıq ki, Kürdüstan məntəqəsindəki qardaşlarımızı referendum keçirmək fikrindən daşındıraq və hamımız İŞİD ilə mübarizə üzərində təmərküzləşək, lakin onlar bizə qulaq asmadılar.
İraqın baş naziri sonra belə vurğulayıb: Sonra İraq Kürdüstanı məntəqəsinin başçılarından istədik ki, bu referendumun nəticələrini ləğv etsinlər, amma bu xahiş də faydasız oldu. Onlara İraqın və xalqımızın üzləşdikləri təhlükənin miqdarı barədə izahat verdik, ancaq yenə də onlar özlərinin şəxsi və partiya maraqlarını İraqın mənafeyindən üstün tutdular və əsas qanunu pozdular.
İraqın baş naziri vurğulayıb: Biz Kərkük şəhərinin yenə də bütün iraqlıların bütün etnoslarla dinc yanaşı yaşama simvolu olmasını istəyirik.
Əlibadi Kərkükdəki bütün idarə işçilərindən öz işlərini adi qaydada davam etdirmələrini və işi buraxmaqdan vaz keçmələrini istəyib.