İraqın baş naziri bu ölkə bayrağının Kərkükdə dalğalandırılması haqda göstəriş verib
-
İraqın baş naziri bu ölkə bayrağının Kərkükdə dalğalandırılması haqda göstəriş verib
İraqın baş naziri bu ölkə bayrağının Kərkükdə dalğalandırılması haqda göstəriş verib.
İraqın baş naziri Heydər Əlibadi bu gün bir bəyanatda bildirib ki, bu ölkənin milli bayrağı Kərkük vilayətinin dövlət orqanlarının üzərində və digər münaqişəli və kürdlərin nəzarəti altında olan məntəqələrdə dalğalandırılmalıdır.
İraqlı qüvvələr bu gün öz irəliləyişlərinin davamında Kərkük şəhərinə daxil olublar.
İraqın neft nazirliyinin rəsmilərindən biri də bildiribdir ki, iraqlı qüvvələr yaxın gələcəkdə Kərkük vilayətindəki bütün neft yataqlarını öz nəzarətləri altına alacaqlar və bu yataqların istismarı əməliyyatı da çox yaxın gələcəkdə başlanacaqdır.
Bu neft yataqları İŞİD-in 2014-cü ilin iyunundakı basqını zamanı iraqlı qüvvələrin nəzarətindən çıxmışdı və bu terror qrupuna vurulan zərbələrdən sonra kürd peşmərgə qüvvələri onların nəzarətini ələ aldılar.
İnformasiya mənbələri də bildiriblər ki, kürd partiyalar İraqın şərqindəki Diyalə vilayətinin şərqində yerləşən "Məndəli" şəhərində öz ofis və mərkəzlərini boşaldıblar.