İraqın Müştərək Əməliyyat Komandanlığının Peşmərgənin Kərküklə bağlı iddiasına qəti cavabı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285532-İraqın_müştərək_Əməliyyat_komandanlığının_peşmərgənin_kərküklə_bağlı_iddiasına_qəti_cavabı
İraqın Müştərək Əməliyyat Komandanlığı bir bəyanat yayaraq, kürd Peşmərgə yaraqlı qruplaşmasının "Altın Körpü" məntəqəsi ilə bağlı iddiasını təkzib və yerli sakinlər ilə məsuliyyətli davranışa və anlaşmaya təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2017 16:59 Asia/Baku
  • İraqın Müştərək Əməliyyat Komandanlığının Peşmərgənin Kərküklə bağlı iddiasına qəti cavabı
    İraqın Müştərək Əməliyyat Komandanlığının Peşmərgənin Kərküklə bağlı iddiasına qəti cavabı

İraqın Müştərək Əməliyyat Komandanlığı bir bəyanat yayaraq, kürd Peşmərgə yaraqlı qruplaşmasının "Altın Körpü" məntəqəsi ilə bağlı iddiasını təkzib və yerli sakinlər ilə məsuliyyətli davranışa və anlaşmaya təkid edib.

Peşmərgə yaraqlıları dünən bir bəyanat yayaraq, İraqın Federal Qüvvələrinin Altın Körpü məntəqəsində kürd yaraqlılarına hücum etdiyini iddia etmişdi. Onlar "işğalçı" adlandırdıqları dövlət qüvvələrindən 150 nəfəri öldürüb və yaraladıqlarını bildirmişdilər. 

Əl-Aləm kanalının verdiyi məlumata görə, İraqın Müştərək Əməliyyat Komandanlığı öz bəyanatında bildirib: Həqiqətlərin ümumi fikrin diqqətinə çatdırılması məqsədi ilə bildiririk ki, dövlət qüvvələri Kərkükdə və müştərək ərazilərdə yerləşdikdən sonra, yerli əhalinin PKK terrorçuları və Peşmərgə yaraqlıları tərəfindən incidilən yerli əhalinin kömək çağırışına cavab olaraq, Altın Körpü məntəqəsinə göndəriliblər.