İraq Parlamentinin üzvü: Məsud Barzaninin məhkəməyə çağırılması barədə sabah qərar çıxarılacaq
-
Məsud Barzani
İraq Parlamentinin bir üzvü İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzaninin məhkəməyə çağırılması ilə bağlı sabah qərar çıxarılacağını deyib.
Əl-Aləm kanalının verdiyi məlumata görə, İraq Parlamentinin bir üzvü deyib: İraqın Məhkəmə Hakimiyyəti Məsud Barizani haqda qaldırılmış 55 şikayət ərizəsi əsasında onun məhkəməyə çağırılması haqda qərar çıxartmalıdır. Məsud Barzani qanunsuz və separatçı referendumun keçirilməsi, ölkənin təhlükəsizliyini təhdid qarşısında qoyması, İraq neftinin qaçaq yolla satılması və digər inzibati xətalarda ittiham edilir.
İraq Parlamentinin üzvü Aliyə Nəsif də Məsud Barzaniya qarşı ölkənin müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyini təhdid etdiyi üçün məhkəməyə şikayət etdiyini bildirib.
İraqın Ali Məhkəmə Şurası cümə axşamı bildirmişdi ki, Məsud Barzaninin müavini Küsrət Rəsulun həbs edilməsi barədə order verib. Küsrət Rəsul son açıqlamasında dövlət qüvvələrini "işğalçı" adlandırıb.
İraq Kürdüstanında separatçı referendum 25 sentyabrda keçirildi. İraq hökuməti, region ölkələri və beynəlxalq dairələrin müxalifətinə rəğmən İraq Kürdüstanı yerli hakimiyyətinin başçısı Məsud Barzani bu referendumun keçirilməsində israrlı qalaraq, İraqın təhlükəsizliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı ciddi təhdidə səbəb olub.