Okt 24, 2017 19:04 Asia/Baku
  • İraq Kürdüstanı partiyaları Məsud Barzaninin istefa verməsini istəyiblər
    İraq Kürdüstanı partiyaları Məsud Barzaninin istefa verməsini istəyiblər

İraq Kürdüstanında ixtilafların artması ilə bəzi partiyalar Məsud Barzaninin istefa verməsini istəyiblər.

İraq xəbər agentlyinin verdiyi məlumata görə Dəyişiklik Hərəkatı, İslamçı Camaat Hərəkatı və Demokratiya və Ədalət Uğruna Koalisiya çərşənbə axşamı müştərək bəyanat yayaraq, Kərkük və Tuz Xurmatu şəhərlərində sabitlik və təhlükəsizliyi qorumaq və qarşıdurmaları önləmək məqsədi ilə yol xəritəsinin hazırlanmasını zəruri adlandırıblar.

Bu bəyanatda həmçinin deyilir: İraq hökuməti ixtilaflı məntəqələrlə Konstitusiya əsasında rəftar edir və bu məntəqələrdə sabitliyin qorunması və didərginlərin evlərinə geri dönməsi üçün səylər göstərir.

Teqlər