Suriyada terrorçulara qarşı savaş uğurla davam edir
Suriya ordusu Deyrəzzurun cənubu və qərbində terrorçulara qarşı yeni cəbhə açıb.
Rusiyanın müdafiə naziri Suriya ərazisinin sadəcə 5%-nin İŞİD terrorçularının nəzarəti altında qaldığını bildirib. Bu arada Suriya ordusu Deyrəzzurun cənub və qərb hissələrinin də terrorçulardan azad edilməsi üçün geniş əməliyyatlara başlayıb.
Bir müddət idi ki, terrorçular ilə döyüşlər Deyrəzzur və Əlməyadin şəhərlərinin mərkəzi hissələrində gedirdi. Amma, Suriya ordusu və müqavimət qüvvələri əldə etdikləri ruh yüksəkliyi ilə Deyrəzzurun cənubu və qərbində də terrorçulara qarşı geniş əməliyyatlara başlayıblar.
Gecə yarısı başlanan bu əməliyyatlarda məqsəd Şərqi Səhralıq ərazisinin terrorçulardan təmizlənməsidir. Xüsusilə müqavimət qüvvələrinə qarşı terrorçu kamikadze hücumlarının əsas qaynağı olan 3 əsas nöqtə bu əməliyyatların başlıca hədəfi sayılır. Bu hədəflər Suxne, Sultaniyə və Himəymə qəsəbələridir.
Suriyalı bir hərbçi deyir: Biz dəfələrlə bu üç nöqtədən gələn əks hücumların şahidi olmuşuq. Xüsusilə son zamanlar onlar Suxnə qəsəbəsinə hücum etmişdilər. Məqsədləri Tədmur-Deyrəzzur əlaqə yolunu kəsmək idi.
Bu əməliyyat zamanı iki terrorçu kamikadze müqavimət qüvvələrinin yolunu kəsməyə çalışdı. Amma, hər hansı bir təxribatçı hərəkətə əl atmalarından öncə müqavimət qüvvələri tərəfindən raketlə hədəfə alınaraq, zərərsizləşdirildilər. Bu əməliyyat zamanı 22 terrorçu öldürüldü və terrorçulara məxsus 5 ədəd zirehli və döyüş maşını məhv edildi.
Müqavimət qüvvələri terrorçuların çətin durumda olduqlarını deyirlər: Biz irəlilədikcə terrorçular daha çox tələyə düşürlər. Belə bir şəraitdə ciddi eyni zamanda ehtiyatlı hərəkət etməliyik.
Müqavimət qüvvələri Əlməyadin şəhərinin cənubunda terrorçular ilə gedən savaşdan da qafil deyil. Belə ki, Suriya ordusu Əlməyadin şəhərinin cənubuna doğru 5 kilometr irəliləyərək, Məhəkan qəsəbəsini terrorçulardan azad edib.
Suriyalı bir hərbçi isə deyir: Suriya ilə düşmən olanlar bu illər ərzində terrorçuları hər cür silah ilə təchiz ediblər. Amma, bu silahlar Suriya xalqının iradəsi qarşısında davam gətirə bilmir.
İndi Əl-Məyadindən Bukəmala qədər 75 kilometrlik bir məsafə var. Və bu ərazilərdə çoxlu sayda kənd və qəsəbə yerləşir.