Okt 25, 2017 11:14 Asia/Baku
  • Ərəbistan ordusunun mövqeləri atəşə tutulub
    Ərəbistan ordusunun mövqeləri atəşə tutulub

Yəmənin ordu və xalq komitələri qüvvələrinin artilleriya bölməsi Ərəbistanın cənubunda yerləşən Əsir vilayətində səud hərbçilərinin və onların muzdurlarının "Əlməcazə" və "Rəqabə Əlhəncər" bazalarındakı mövqelərini hədəfə alıb.

Yəmənin ordu və xalq komitələri qüvvələrinin artilleriya bölməsi dünən həmçinin bir əməliyyatda səud muzdurlarının Yəmənin cənub-qərbində yerləşən Əsilan şəhərinin "Təval əl-Sadə" məntəqəsindəki mövqelərini hədəfə alıb. Nəticədə bir qrup muzdur ölüb və yaralanıb.

Əbd Rəbbə Əbdullah əl-Əyyaşi əl-Musəəbi və Səid Salih Husəyn Ləqtəm əl-Şəflut ölənlər arasındadır. 

Digər tərəfdən, səud qırıcıları Ərəbistan ilə Yəmən sərhədində yerləşən Əl-Şurfa və Əl-Şəbəkə bazalarını, eləcə də bu ölkənin Həccə vilayətində yerləşən Hirz və Midi şəhərlərini 22 dəfədən çox hədəfə alıblar.

Teqlər