Bəhreyndə qadın məhbuslar aclıq elan ediblər
Bəhreyndə hüquq müdafiə qrupu bildirib ki, 4 qadın siyasi məhbus onlara qarşı kobud rəftarlara etiraz olaraq aclık aksiyasına başlayıb.
İRİB-in verdiyi məlumata görə, Bəhreyn insan haqları və demokratiya institutu dünən bir bəyanatda bildirib: Bəhreynin İsa şəhərində 4 qadın məhbus həbsxananın acınacaqlı vəziyyəti, məhbusların öz övladları ilə görüşmək kimi ən ilkin hüquqlarından belə məhrum edilmələrinə etiraz olaraq aclıq elan ediblər.
Aksiyaçılar aclığın 4-cü günündə səhhətlərində yaranan problemlərə görə tibbi nəzarətə ehtiyaclıdırlar.
Bəhreyndə həbsdə olan qadınların çoxu sadəcə siyasi görüşlərini dilə gətirdiklərinə görə həbs olunublar və həbsxana idarəçiliyi onların ailələrinə görüş imkanı verməyərək əslində ailələri cəzalandırır və dözülməz şərait yaradır.
Bəhreynin insan haqları qurumlarının bildirdiklərinə görə, Cari il, Ali-Xəlifə rejimi tərəfindən ümumi azadlıqların pozulması, söz azadlığına qadağa və zülmlərin edilməsi baxımından misilsiz olmuşdur.