Referendumun keçirilməsinə israr Barizaninin siyasi süqutuna gətirib çıxardı
-
Referendumun keçirilməsinə israr Barizaninin siyasi süqutuna gətirib çıxardı
İraq Kürdüstanı məntəqəsinin başçısı Məsud Barizaninin referendumun keçirilməsinə israr etməsi onun siyasi süqutuna zəmin yaratdı.
Barizani kürdlərin hüquqlarının reallaşması üzrə mübarizənin davam etdirilməsini vurğulayaraq, İraq Kürdüstanı məntəqəsinin başçısı vəzifəsindən kənara çəkildiyini elan etdi. Belə bir halda, Barizaninin qərarları İraq Kürdüstanı məntəqəsinin parlamentində nümayəndələr arasında qarşıdurmalara bais oldu. Bu parlamentin üzvlərindən biri öz çıxışında Barizanini İraq Kürdüstanı məntəqəsini idarə etməkdə uğursuz qalmaqda ittiham edərkən hücuma məruz qaldı. Aydındır ki, Barizaninin sentyabrın 25-də keçirilməsinə israr etdiyi İraq Kürdüstanı məntəqəsində separatçılıq referendumu onun kürdlərin liderliyindən kənara çəkilməsinə zəmin yaratdı. Zira bu referendum Bağdad və dünya ilə əlaqələrdə bir çox mürəkkəbliklərin yaranmasına bais olaraq, İraq Kürdüstanı məntəqəsində kürdlərin gələcəyinə mənfi təsir göstərdi. Barizani İraq Kürdüstanı məntəqəsinin başçılığını davam etdirməyəcəyini elan edərək, bu məntəqədə daxili siyasi böhran üçün həll yolunun tapılması vacibliyini vurğuladı.
İraqın mərkəzi dövləti ixtilaflı məntəqələrin nəzarətini geri almaq üzrə hərbi əməliyyatlarını davam etdirir. Bağdadın 2003-cü il sərhədlərinə çatmağa israr etməsi Barizanini çaş-baş saldı.
İraq ordusunun qərargah rəisi Osman Əlqanimi bu məsələni və sərhəd keçidləri idarəsinin bu ölkənin dövlət qüvvələrinə tapşırılması zərurətini vurğulayıb. Barizaninin kənara çəkilməsinin ardınca siyasi şəraitin dəyişməsilə kürdlərin İraqın mərkəzi dövlətinin tələblərilə müxalifət etmələri dəyişə bilər. Xüsusən ona görə ki, İraq Kürdüstanı məntəqəsinə hakim kəsilmiş atmosfer böhranın genişlənməsi və vəziyyət partlayışına mane olacaq həll yollarına nail olmağa və Bağdad ilə əlaqələrdə dincliyin qorunmasına bir çağırışdır.