Suriyanın qırmızı aypara cəmiyyəti Hələb, Dəməşq və Dəra məntəqələrinə yardım göndərib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285958-suriyanın_qırmızı_aypara_cəmiyyəti_hələb_dəməşq_və_dəra_məntəqələrinə_yardım_göndərib
Suriyanın qırmızı aypara cəmiyyəti Hələb, Dəməşq və Dəra məntəqələrinə yetmişdən yuxarı ərzaq və dərman yükünün göndərilməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 31, 2017 15:21 Asia/Baku
  • Suriyanın qırmızı aypara cəmiyyəti Hələb, Dəməşq və Dəra məntəqələrinə yardım göndərib

Suriyanın qırmızı aypara cəmiyyəti Hələb, Dəməşq və Dəra məntəqələrinə yetmişdən yuxarı ərzaq və dərman yükünün göndərilməsindən xəbər verib.

Suriyanın qırmızı aypara cəmiyyəti bir bəyanatda bildirib ki, səkkiz min səbət ərzaq və dərmana şamil olan 49 ton humanitar yardım yükünü Dəməşqin şərq ətrafında yerləşən “Səqba və Kəfər Bətna” qəsəbələrinə göndəribdir.

Bu məntəqələrdə olan terrorçular cari ayda BMT-nin humanitar yardım yüklərinin Yəlda, Bəbila və Beyt Suhm qəsəbələrinə daxil olmasına icazə verməyiblər.

Suriyanın Həmimim məntəqəsində yerləşən bir rus mərkəz də Dəra məntəqəsinə 22 yük, Hələb məntəqəsinə də 1700 kiloqramdan çox qida maddələri və tibb vəsaitləri göndəribdir.