İraqın Ələbidi məntəqəsi azad edilib
Okt 31, 2017 20:48 Asia/Baku
-
İraqın Ələbidi məntəqəsi azad edilib
İraqın təhlükəsizlik mənbələri bu gün bu ölkənin Ələnbar vilayətinin qərbində yerləşən Əlqaim şəhərinin şərqindəki Ələbidi məntəqəsinin tam şəkildə azad edilməsindən xəbər veriblər.
Ələnbarın qərb hissəsinin azad edilməsi əməliyyatının komandanı Əbdulamir Yarəllah deyib: İraqlı qüvvələr yeni və köhnə Ələbidi məntəqələrini, həmçinin Əlsəfrə, Əlcərin, Əlrafidə, Əlxəsim, Əfit, Əlbirt kəndlərini və yaşayış kompleksini öz nəzarətləri altına alıblar.
Yarəllah əlavə edib: İraqlı qüvvələr öz hədəflərinə doğru ardıcıl surətdə irəliləməkdədirlər.