Noy 05, 2017 14:00 Asia/Baku
  • ABŞ-ın nəhs planı uğursuz qalıb

İraq Hizbullahı batalyonlarının sözçüsü Amerikanı Əlqaim şəhərinin azad edilməsini əngəlləməkdə ittiham edib və iraqlı müqavimət qüvvələrinin Suriyanın Əlbukəmal şəhərinin azad edilməsi əməliyyatında iştirak üzrə əzmkarlıqlarından xəbər verib.

İraq Hizbullahı batalyonlarının sözçüsü Cəfər Əlhusəyni Ələnbar vilayətində yerləşən Əlqaim şəhərinin azad edilməsinə toxunaraq, onu Amerika planı üçün bir məğlubiyyət adlandırıb və belə deyib: Əlqaim şəhərinin azad edilməsilə suriyalı tərəflə əlaqə və regiondakı müqavimət mehvəri arasında daha artıq koordinasiyalar imkanı yaranıbdır.

Cəfər Əlhusəyni vurğulayıb: İraqlı qüvvələrin sərhədlərdə iştirakı İŞİD ilə mübarizə üzrə yeni mehvərin açılması deməkdir.

Əlqaim şəhəri və onun ətrafındakı məhəllələr dünən İŞİD terror qrupunun işğalından azad ediliblər. Ələnbar vilayətinin qərb hissəsinin İŞİD-in işğalından azad edilməsi əməliyyatı İraqın ordusu və xalq səfərbər qüvvələrinin iştirakı ilə 2017-ci il oktyabrın 26-dan başlanıbdır.

 

 

Teqlər