Hüseyn (ə) zəvvarlarının Bağdaddan Kərbəlaya milyonluq yürüşü başlandı
İmam Hüseyn (ə) ərbəini zəvvarlarının İraq paytaxtı Bağdaddan Kərbəlaya Əba Əbdillahil-Hüseynin (ə) ziyarətgahına doğru milyonluq hərəkəti başlanıb.
İRNA-nın məlumatına görə, Hüseyn (ə) ərbəini zəvvarları Diyalə, Kərkük və Səlahəddin vilayətləri zəvvarlarının piyada dəstələrinə qoşularaq Kərbəlaya doğru hərəkət ediblər.
İraq təhlükəsizlik qüvvələri təhlükəsizlik tədbirlərini artıraraq və Bağdad, paytaxtın şimal vilayətlərinin zəvvarlarının birgə hərəkəti üçün müəyyən istiqamətlər yaradaraq onları bir neçə çıxış magistrallardan Bağdadın cənubuna doğru yönəldirlər.
Hüseyn (ə) Ərbəini zəvvarlarının yürüşü səfər ayının 1-dən İraqın cənubunda Bəsrə vilayətində Ras əl-Bişədən başlanıb və son yürüş isə Bağdad zəvvarlarının yürüşünə aiddir. Bağdad zəvvarlarının yürüşü adətən Ərbəinə 4-5 gün qalarkən başlanır.
20 səfər 1439-cu hicri qəməri ili (9 noyabr 2017) dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn (ə) və vəfalı yoldaşlarının Kərbəla səhrasında şəhid edilmələrinin ərbəininin (40-cı günü) ildönümü günüdür. Dünyanın hər bir yerindən milyonlarla müsəlman bu gündə Ərbəin mərasimində iştirak etmək üçün İraqın cənubunda yerləşən Kərbəla şəhərinə daxil olur.