İraq Kürdüstanı: İraqın Ali Federal Məhkəməsinin qərarına hörmət edirik
İraq Kürdüstanı muxtar hökuməti bu gün bir bəyanat yayaraq, Ərbilin İraqın Ali Federal Məhkəməsinin ölkə konstitusiyasının birinci maddəsi ilə bağlı qərarına hörmət etdiyini bildirib.
Sumeriye Nyus-un verdiyi məlumata görə, İraq Kürdüstanı muxtar hökuməti öz bəyanatında həmçinin, ümidvarlıq edib ki, bu məsələ mövcud ixtilafların həll edilməsi və konstitusiyanın tam formada icra edilməsi məqsədi ilə Bağdad və Ərbil arasında hərtərəfli danışıqların başlanması üçün münasib zəminiə yaratmış olsun.
İraqın Ali Federal Məhkəməsi 6 noyabr 2017-ci il tarixində çıxartdığı qərarda Konstitusiyada ölkənin hər hansı bir məntəqəsinə müstəqillik verilməsi kimi bir məsələdən bəhs olunmadığını bildirib. Və İraq hökumətinin ölkənin ərazi bütövlüyünü qorumaq kimi bir məsuliyyət daşıdığını vurğulayıb.