Yəmənin Mülki Aviasiya Təşkilatı Ərəbistandan BMT-yə şikayət edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286555-yəmənin_mülki_aviasiya_təşkilatı_Ərəbistandan_bmt_yə_şikayət_edib
Səudiyyə Ərəbistanı qırıclarının Yəmən paytaxtı Səna aeroportuna hücumlarının ardınca, bu ölkənin Mülki Aviasiya Təşkilatı Ərəbistanın insanlığa zidd hərəkətləri haqda BMT-yə şikayət edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 15, 2017 08:03 Asia/Baku
  • Yəmənin Mülki Aviasiya Təşkilatı Ərəbistandan BMT-yə şikayət edib
    Yəmənin Mülki Aviasiya Təşkilatı Ərəbistandan BMT-yə şikayət edib

Səudiyyə Ərəbistanı qırıclarının Yəmən paytaxtı Səna aeroportuna hücumlarının ardınca, bu ölkənin Mülki Aviasiya Təşkilatı Ərəbistanın insanlığa zidd hərəkətləri haqda BMT-yə şikayət edib.

İRİB-in məlumatına görə, Yəmənin Mülki Aviasiya Təşkilatı çərşənbə axşamı günü BMT Təhlükəsizlik Şurasından Ərəbistanın Yəmənə qarşı cinayətləri haqda dərhal araşdırmaların aparılmasını istəyib. 

Yəmənin Mülki Aviasiya Təşkilatı Səudiyyə Ərəbistanının Səna aeroportuna hücumlarını beynəlxalq qanun-qaydaların açıq-aşkar pozulması və BMT əleyhinə aşkar problem adlandırıb və bu təşkilatın belə təcavüzkar hücumların qarşısının alınması və qeyri-hərbi uçuşlara yenidən başlanması üçün addım atmasını istəyib.