İraqlı didərginlər öz ev-eşiklərinə dönürlər
İŞİD-in məğlubiyyətindən sonra, Həşdüş-Şəəbi qüvvələrinin nəzarəti ilə Suriyadakı iraqlı didərgin ailələr öz evlərinə qayıdırlar.
Mehr İnformasiya Agentliyinin Livanın əl-Əhd xəbər portalına istinadla verdiyi məlumata görə, İraqın Xalq Səfərbər Qüvvələri (Həşdüş-Şəəbi) bildirib: Həşdüş-Şəbinin təhlükəsizlik rəhbərləri iraqlı didərginlərin Suriyadan İraqay gətirilməsi üçün onlarla avtobus ayırıblar. Mosulun qərbində Ümm Cəris keçidində didərgin ailələr üçün ilkin yardımlar nəzərdə tutulub.
Məlumata görə, İraqın qərbində əl-Qaim və Ravə şəhərinin İŞİD terror qruplaşmasının işğalından azad edilməsindən sonra didərgin ailələrin qayıdışı prosesi sona çatıb.
Ravə İŞİD-in İraqdakı son bazası idi. Hal-hazırda İraqın heç bir önəmli şəhəri İŞİD terrorçularının işğalı altında deyil və yalnız kənar bölgələr və bəzi kəndlərdədirlər.
Başqa bir məlumata görə, İraqın bir rəsmisi deyib: İraqın şimalında Kərkükün cənub-qərbində Leylan bölgəsindən keçən beynəlxalq magistral yolun kənarında onlarla sivilin cəsədi olduğu kütləvi məzarlıq aşkarlanıb.
İndiyə qədər İraqda onlarla kütləvi məzarlıq aşkarlanıb. Bu şəxslər İŞİD terrorçuları tərəfindən qətlə yetirilmişlər.