İraqın baş naziri terrorizm ilə mübarizəyə təkid edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287365-İraqın_baş_naziri_terrorizm_ilə_mübarizəyə_təkid_edib
İraqın baş naziri terrorizm ilə mübarizə və bu nəhs fenomenin köklərinin kəsilməsi uğrunda səylərin gücləndirilməsinə təkid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2017 10:18 Asia/Baku
  • İraqın baş naziri terrorizm ilə mübarizəyə təkid edib
    İraqın baş naziri terrorizm ilə mübarizəyə təkid edib

İraqın baş naziri terrorizm ilə mübarizə və bu nəhs fenomenin köklərinin kəsilməsi uğrunda səylərin gücləndirilməsinə təkid edib.

İRİB-in verdiyi məlumata görə, cümə günü Misirin şimal vilayətində baş verən terror aktının ardınca İraqın baş naziri Heydər Əl-İbadi Misir dövləti və xalqına başsağlığı verərək deyib: Öz ərazisində nəhs İŞİD planına son qoyan İraq təkfirçilər təhlükəsi ilə mübarizədə Misir dövləti və xalqının kənarında duracaq. 

Misirin Sina vilayətində cümə namazı mərasimində törədilən terror aktı nəticəsində 235 nəfər ölüb 150 nəfər yaralanıb. Hələlik bu terror aktının məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib. 

İraqın baş naziri həmçinin vəhhabi-sionist qruplara qarşı qələbələr münasibəti ilə təbrik edərək deyib: Bu qələbələr İraqın müxtəlif cərəyanlarının əməkdaşlığı ilə və tayfaçılıqdan uzaq qalaraq reallaşıb. 

Suriyanın şərqində Əl-Bukamal şəhərinin və İraqın Əl-Ənbar vilayətində Ravə şəhərinin azad edilməsi ilə, terrorçu İŞİD qrupunun bu iki ölkəyə istelasına son qoyuldu.