Noy 25, 2017 20:21 Asia/Baku
  • Müqtəda Sədr
    Müqtəda Sədr

İraqın Sədr Cərəyanının lideri ötən gün Misirin əl-Əriş şəhərində Ər-Rövzə məscidində törədilən terror aktını pisləyərək bildirib: Sionist rejim bu qanlı hücumun səbəbkarıdır.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, İraqın Sədr Cərəyanının lideri Müqtəda Sədr bəyanat verərək bildirib: İsrail rejimi belə hərəkətlərin əsas mühərrikidir. Buna görə, Misir hökuməti İsrailin sərhədlərdə və Qahirədəki səfirliyi vasitəsi ilə nüfuzunu məhdudlaşdırmalıdır.

Sədr əlavə edib: Misir hökuməti bütün dinləri hədəf alan terrorizm və radikallıq qarşısında durmalıdır ki, öz xalqını dəstəkləsin və dini azadlığı qorusun.

Misirin Şimali Sina əyalətinin əl-Əriş şəhərində Ər-Rövzə məscidinə qarşı terror aktı nəticəsində azı 305 nəfər həlak olub, 128 nəfər də yaralanıb. İndiyə qədər hər hansı terror qruplaşması bu terror aktının məsuliyyətini üzərinə götürməyib.

Teqlər