Misirdə prezident seçkilərini boykot kampaniyası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287725-misirdə_prezident_seçkilərini_boykot_kampaniyası
Misirdə yüzlərlə siyasi sima prezident seçkilərini boykot kampaniyasına start verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2017 16:34 Asia/Baku
  • Misirdə prezident seçkilərini boykot kampaniyası
    Misirdə prezident seçkilərini boykot kampaniyası

Misirdə yüzlərlə siyasi sima prezident seçkilərini boykot kampaniyasına start verib.

Əl-Qüdül-Ərəbi qəzetinin verdiyi məlumata görə, Misirdə 230 siyasi sima " Misirdə prezident seçkiləri diktatura, aclıq və vətəni satmaq deməkdir" şüarı ilə prezident seçkilərini boykot kampaniyasına başlayıb. Onlar Misir qəsəbə və kəndlərində əhali ilə əlaqə yaratmaq üçün iş qrupu təşkil edəcəklərini bildiriblər. 

Kampaniya iştirakçılarının bəyanatında deyilir: Misirdə xalqın əksəriyyəti prezident Əbdül-Fəttah Əssisi hökumətində məişət vəziyyətinin pisləşməsi, seçki prossesinin şəffaf olmaması, ölkədə repressiyalar və terrorizmin yayılmasına görə öncəki seçkiləri boykot etmişdi.