Noy 29, 2017 10:48 Asia/Baku
  • BMT Yəməndə uşaqlara qarşı döyüşün dayandırılmasını istəyir

Birləşmiş Millətlər Təşkilatının Koordinasiya Ofisinin sözçüsü Səudiyyə Ərəbistanı rejiminin Yəməndə uşaqlara qarşı hücumlarının dayandırılmasını istəyib.

Londonda çıxan "Əl Quds əl-Ərəbi" qəzeti saytının məlumatına görə, Birləşmiş Millətlər Təşkilatının Koordinasiya Ofisinin sözçüsü Yens Larki Yəmən xalqına, xüsusilə uşaqlara humanitar yardımların göndərilməsinin vacib olduğunu söyləyib.

Birləşmiş Millətlər Təşkilatının Koordinasiya Ofisinin sözçüsü Yəmən limanlarına humanitar yardımlar göndərmək üçün icazənin alınması sahəsində başlıca bir dəyişiklik edilmədiyini bildirib.

Birləşmiş Millətlər Təşkilatının Koordinasiya Ofisinin sözçüsü deyibdir ki, 11 milyondan yuxarı yəmənli uşağın bu gün təcili humanitar yardımlara ehtiyacı var.

BMT, Yəməndə minlərlə məktəb və müalicə mərkəzinin tamamilə məhv edildiyini bildirib və qeyd edibdir ki, bu gün Yəməndə iki milyon uşaq kəskin tərzdə pis qidalanma ilə qarşılaşır.

Səudiyyə Ərəbistanı Birləşmiş Ştatların dəstəyi ilə 2015-ci ilin mart ayından etibarən Yəməni işğal edərək, bu ölkəni quru, dəniz və hava blokadasına alıbdır.

Ərəbistanın Yəməndəki militarizmi Yəmən xalqından on minlərlə nəfərin ölməsi və yaralanması ilə nəticələnib və bu ölkəni kəskin qida və dərman çatışmazlığı, eləcə də vəba epidemiyasının yayılması ilə üzləşdiribdir.

Teqlər