Əhməd əl-Əsədi: İraq İranın dəstəyilə İŞİD-ə qalib gəldi
Noy 29, 2017 13:35 Asia/Baku
İraqda xalq səfərbər qüvvələrinin sözçüsü dünən vurğulayıbdır ki, İraq bu ölkə xalqının dəstəyi və İranın himayələrilə İŞİD-ə qalib gəlibdir.
Əhməd əl-Əsədi Əlməyadin telekanalı ilə müsahibədə rəsmi Bağdadın qarşıdakı bir neçə gün ərzində İŞİD üzərində yekun qələbəini elan edəcəyini bildirərək, deyibdir ki, bu elan İŞİD-in təhlükəsizlik sahələrindəki işinin bitməsi demək olmayacaqdır.
İraqda xalq səfərbər qüvvələrinin sözçüsü sonra deyib: İŞİD-dən əlavə, xaricdən maliyyə təmini alan digər terror qrupları da mövcuddur.
İraqda xalq səfərbər qüvvələrinin sözçüsü Yəmən böhranına da toxunub: Yəmənin məzlum xalqı təkcə istiqlaliyyət istəməsinə görə, qanına qəltan edilir.