Hələbin cənub-şərqində iki kənd azad olundu
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287905-hələbin_cənub_şərqində_iki_kənd_azad_olundu
Suriya ordusu və müttəfiqləri Hələbin cənub-şərq ətrafında Məzrəə və Əzizə Əbisan kəndlərini Ən-Nüsrə Cəbhəsi terrorçuları ilə toqquşmadan sonra azad ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 30, 2017 18:12 Asia/Baku
  • Hələbin cənub-şərqində iki kənd azad olundu
    Hələbin cənub-şərqində iki kənd azad olundu

Suriya ordusu və müttəfiqləri Hələbin cənub-şərq ətrafında Məzrəə və Əzizə Əbisan kəndlərini Ən-Nüsrə Cəbhəsi terrorçuları ilə toqquşmadan sonra azad ediblər.

Əl-Aləm televiziyasının məlumatına görə, Suriya ordusu və müttəfiqləri həmçinin Həma vilayətinin şimal-şərqində əl-Məstrihə kəndini terrorçulardan təmizləyib və Ən-Nüsrə Cəbhəsi qruplaşmasının bu kənddəki son terrorçularını məhv ediblər.

Suriya ordusu və müttəfiqləri Dəməşqin cənub-qərb ətrafında strateji Bərdiya təpəsi ətrafında Ən-Nüsrə Cəbhəsi ünsürlərinin toplaşdığı məkana qarşı əməliyyat keçirib və bu bölgədə şərq dağlarını terrorçulardan təmizləyiblər.

Suriya ordusu qüvvələri ötən həftə Ən-Nüsrə Cəbhəsi terrorçuların tam məhvi üçün hərbi əməliyyatın davamında Dəməşq vilayətinin cənub-qərbində və Qünəytrə şəhərinin ətrafındakı əraziləri terrorçulardan təmizləyiblər.

İran İslam Respublikasının təsirli dəstəkləri, Suriya ordusu, müqavimət mehvəri tərəfindən Suriya və İraq sərhədində İŞİD-in son bazası olan Bukamal şəhərinin azad olunması ilə amerikalı-sionist İŞİD terror qruplaşması Suriyada məhv edildi.