Pakistanda universitetə silahlı hücum \ 9 nəfər həyatını itidi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i287973-pakistanda_universitetə_silahlı_hücum_9_nəfər_həyatını_itidi
Pakistanın Pişavər şəhərində Kənd Təsərrüfatı Universitetinə edilən silahlı hücumda 9 nəfər həyatını itirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 01, 2017 10:54 Asia/Baku
  • Pakistanda universitetə silahlı hücum \ 9 nəfər həyatını itidi
    Pakistanda universitetə silahlı hücum \ 9 nəfər həyatını itidi

Pakistanın Pişavər şəhərində Kənd Təsərrüfatı Universitetinə edilən silahlı hücumda 9 nəfər həyatını itirib.

İRNA-nın məlumatına görə, Pakistanın Xeybər Pəxtunxah vilayətinin mərkəzi olan Pişavər şəhərinin baş polis idarəsinin rəisi Tahirxan bu gün səhər silahlı terrorçuların Kənd Təsərrüfatı Universitetinə hücum etməsindən xəbər verib. Tahirxanın verdiyi açıqlamaya görə hücum nəticəsində 9 nəfər həlak olub, 35 nəfər isə  yaralanıb.

Yaralılar arasında vəziyyəti ağır olanlar var.

Pakistanın təhlükəsizlik qüvvələri Kənd Təsərrüfatı Universitetinə hücum edən silahlı terrorçuların hamısını öldürərək, zərərsizləşdiriblər.

Röyters-in məlumatına görə, Pakistan polisi Taliban terror qruplaşmasının bu hücumun məsuliyyətini öz üzərinə götürməsindən xəbər verib.