Dek 05, 2017 09:56 Asia/Baku
  • Səudiyyə Yəmənin prezident sarayını vurub
    Səudiyyə Yəmənin prezident sarayını vurub

Səudiyyə Ərəbistanının qırıcı təyyarələri dünən gecə paytaxt Sənada Yəmənin prezident sarayını bombalayıblar.

Yəmənin Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Səudiyyə qırıcıları 4 dəfə Yəmənin prezident sarayı və onun ətraf ərazilərini bombalayıblar. Bu hücumlarda əhalinin mənzilləri və dövlət əmlakına da ziyan dəyib. 

Səudiyyə hərbi təyyarələrinin Yəmən səmasında uçuşları hələ də davam edir. 

Yəmən paytaxtı son günlərdə Yəmənin keçmiş prezidenti Əli Abdullah Saleh qrupu ilə Ordu və Ənsarullah Hərəkatının tabeliyində olan xalq komitələri arasında toqquşmalrın şahidi olub. 

Bu toqquşmalarda Abdullah Salehin tabeliyində olan yaraqlı qruplar Səudiyyə Ərəbistanının hava hücumları, siyasi və lojestik eləcə də mediya dəstəklərinə arxalanmışdır. 

Abdullah Saleh dünən Sənadan Məaribə gedərkən öldürüldü. 

Yəmən ordusunun ideoloji idarəsinin rəisi Yəhya Əl-Məhdi  deyib: Yəmənin təhlükəsizlik qüvvələri şənbə günündən etibarən Əli Abdullah Salehin müxtəlif bölgələrə səfərlərini nəzarətdə saxlayırdı və onun Məaribə köçürülməsi cəhdlərini müşahidə edirdi.

O deyib: Əli Abdullah Saleh Sənhan bölgəsinə çatan kimi Yəmənin təhlükəsizlik qüvvələri onu həbs etməyə təşəbbüs göstərdilər amma qarşılıqlı atışmada Əli Abdullah Saleh və onu müşayiət edən başqa iki nəfər öldü.

Deyilənlərə görə, Yəmənin keçmiş prezidentinin Ənsarullah hərəkatına qarşı son fitnəsi və onun Səudiyyə Ərəbistanı ilə açıq-aşkar əlaqəsi BƏƏ-nin onu bir daha Yəməndə hakimiyyətə qaytarmaq üzrə gizli cəhdlərinin nəticəsidir.

Teqlər