Suriya: ABŞ səfirliyinin Qüdsə köçürülməsi fələstinlilərin hüququna təcavüzdür
Suriya Xarici İşlər Nazirliyi bir bəyanat verərək bildirib: ABŞ səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsi beynəlxalq qanunların açıq-aşkar pozulmasıdır.
Mehr İnformasiya Agentliyinin Ən-Nəşrə portalına istinadla verdiyi məlumata görə, Suriya XİN bu bəyanatda ABŞ səfirliyinin işğal olunmuş Qüdsə köçürülməsi üzrə Donald Trampın ehtimal olunan qərarını pisləyib və əlavə edib: Bu qərar çox təhlükəli addımdır, fələstinlilərin hüquqlarına təcavüz hesab olunur və onların didərgin düşməsi ilə nəticələnəcək.
İordaniya xarici işlər naziri iymən əl-Səfdi də bildirib: İordaniya Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının Qüdsün sionist rejimin paytaxtı olaraq rəsmən tanınması üzrə ABŞ-ın ehtimal olunan qərarı ilə əlaqədar şənbə və bazar günləri fövqəladə iclasının keçirilməsini istəyib.