Mişel Oun: Trampın Qüds ilə bağlı qərarı regionun sabitliyi üçün təhdiddir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i288497-mişel_oun_trampın_qüds_ilə_bağlı_qərarı_regionun_sabitliyi_üçün_təhdiddir
Livan prezidenti Mişel Oun ABŞ prezidenti Donald Trampın Beytül-Müqəddəsi sionist rejimin paytaxtı kimi tanımasını regionda sülh və sabitlik prosesi üçün ciddi təhdid adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 07, 2017 06:47 Asia/Baku
  • Mişel Oun: Trampın Qüds ilə bağlı qərarı regionun sabitliyi üçün təhdiddir
    Mişel Oun: Trampın Qüds ilə bağlı qərarı regionun sabitliyi üçün təhdiddir

Livan prezidenti Mişel Oun ABŞ prezidenti Donald Trampın Beytül-Müqəddəsi sionist rejimin paytaxtı kimi tanımasını regionda sülh və sabitlik prosesi üçün ciddi təhdid adlandırıb.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü regional və beynəlxalq müxalifətlərə baxmayaraq, Beytül-Müqəddəsi sionist rejimin paytaxtı tanımaqla yanaşı, ABŞ səfirliyinin bu şəhərə köçürülməsi barədə göstəriş verib. 

İRNA-nın məlumatına görə, Livan prezidenti Mişel Oun Trampın bu qərarına reaksiya olaraq deyib: Trampın bu qərarı təhlükəli bir addımdır və fələstinlilərlə israillilər arasındakı sülh prosesini onlarla il öncəyə qaytarmış olacaq.