Dek 07, 2017 15:55 Asia/Baku
  • Qərb sahilində qəzəb aksiyası
    Qərb sahilində qəzəb aksiyası

İordan çayının qərb sahilində fələstinlilər ABŞ-ın Qüdsü İsrail rejiminin paytaxtı kimi tanımasına etiraz olaraq aksiya keçiriblər.

Əl-Əqsa məscidinin içıqları da ABŞ prezidentinin Qüds əleyhinə qərarını elan etməsi ilə bir vaxtda söndürülüb.

Livanın cənubunda, Seyda şəhərində də bir qrup livanlı habelə, "Bəricül-Bəracinə" düşərgəsindəki fələstinlilər Trampın qərarına etiraz olaraq aksiya keçiriblər.

İordaniya da çərşənbə günü gecə Trampın qərarına qarşı xalq etirazlarının şahidi olub.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı, regional və beynəlxalq etirazlara baxmayaraq, deyib: Amerika Qüdsü rəsmən İsrailin paytaxtı olaraq tanıyır.

Müsəlmanların ilk qibləsi olan Əl-Əqsa məscidinin yerləşdiyi Qüds şəhəri Fələstinin ayrılmaz hissəsi və müsəlmanların 3 əsas müqəddəs məkanlarından biridir. Qüds müsəlmanlar üçün böyük əhəmiyyətə malikdir.

Teqlər