Dek 08, 2017 10:37 Asia/Baku
  • Tunislilər Trampın qərarına etiraz etdi

Tunisdə minlərlə vətəndaş cümə axşamı günü ABŞ hökumətinin Qüdsü İsrail rejiminin paytaxtı olaraq tanıması və ABŞ səfirliyini bu şəhərə köçürməsinə dair qərarına etiraz olaraq aksiya keçirib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, aksiya iştirakçıları Fələstinə dəstək üzrə şüarlar səsləndirib və ABŞ prezidenti Donald Trampın Fələstin əleyhinə qərarına nifrətlərini bildiriblər. 

Tunis paytaxtında keçirilən aksiyada etirazçılar ABŞ səfirliyinə doğru yürüş keçirməyə cəhd ediblər. Lakin polis onların hərəkətinə mane olub. 

Oxşar aksiyalar Tunisin başqa şəhərlərində də keçirilib. 

Teqlər