Dek 08, 2017 19:19 Asia/Baku
  • Oman: Trampın Qüds haqda qərarının qanuni etibarı yoxdur

Oman Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib: ABŞ prezidentinin Qüds haqda qərarının hüquqi etibarı yoxdur.

Fars Xəbər Agentliyinin məlumatına görə, Oman Xarici İşlər Nazirliyi cümə günü bir bəyanatda ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi və bu ölkə səfirliyinin Tələvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarından təəssüflənərək bildirib: Beynəxlalq ictimaiyyət beynəlxalq qanunlara sadiq qalaraq beynəlxalq qətnamələrə zidd hər hansı qərarın verilməsindən çəkinməlidir. 

Oman XİN-in bəyanatında bildirilir: BMT Təhlükəsizlik Şurasının 242 saylı qətnaməsində bildirilir ki, İsrailin 1967-ci il 5 iyundan (İsrail rejiminin Ərəblərlə 6 günlük müharibəsi) sonra ələ keçirdiyi ərazilər işğal olunmuş ərazilərdir. 

Oman XİN bu bəyanatda əlavə edib: Qüdsün taleyi onun sakinlərinə tapşırılmalıdır ki, yekun həll yolu çərçivəsində onun haqqında müzakirə aparsınlar. 

Teqlər