10 dekabr; İraqda "Qələbə Günü"
İŞİD-in İraqdakı 3 illik iştirakı dövrünün başa çatması ilə bu gün İraqda qələbə bayramı və rəsmi tətil elan edilib.
İraq və müqavimət bayraqları bu gün İŞİD üzərində qələbə bayramı münasibəti ilə keçirilən hərbi paradda dalğalandırılıb. Birlik və Müqavimət Qüvvələrinin Qələbə Festivalı adı altında keçirilən və Nəcəf şəhərindən başlanan bu mərasim silahlı qüvvələrin parad yürüşü ilə yanaşı olub. İraq Hizbullahının sözçüsü Cəfər Hüseyni İraq silahlı qüvvələrinin Suriya sərhədlərinə çatmasını ABŞ-ın fitnə planının uğursuzluq nişanəsi adlandırıb və deyib: Biz İraqdan Suriya və Livana qədər uzanan müqavimət cəbhəsinin bir parçasıyıq və ABŞ ilə üzləşməkdən də qorxmuruq.
İŞİD-in İraqdakı 3 illik iştirakı dövrünün başa çatması ilə bu gün İraqda qələbə bayramı və rəsmi tətil elan edilib. İraqın baş naziri Heydər Əl-İbadi İraq xalqının ayıq və sayıq olmasına təkid edərək, deyib: İŞİD hələ tamamilə məhv olmayıb. Buna görə də, istənilən savaşa hazır olmalıyıq.
İraqda İŞİD-siz ilk gün. İraq silahlı qüvvələri Bağdadın mərkəzi meydanında, baş nazirin önündə parad yürüşü təşkil edib.
İŞİD üzərində qələbəni bayram etmək məqsədi ilə bu gün Nəcəf şəhərində yüzlərlə şəhid ailəsi bir araya gəlmişdi. Onlar şəhidlər ilə öz əhd-peymanlarını təzələmək istəyirdilər.
Şəhid anası deyir: “Bağdad və digər şəhərlərdən gələrək, qələbə bayramını burada, Nəcəfdə övladlarımızın kənarında qeyd etmək istəyirik.”
Ötən 3 ildə İraqda İŞİD ilə savaşda 10 mindən çox gənc şəhid olub. Bu şəhidlər dini mərcənin fitvası əsasında ölkənin müdafiəsinə qalxmışdılar.
Bir şəhid atası deyir: “Könüllü xalq qüvvələri təhlükəsizliyi təmin etmək üçün canlarından keçdilər. Buna görə də onlara nə qədər təşəkkür etsək, azdır.”
Nəcəf şəhərindəki Şəhidlər Xiyabanında İrandan gəlmiş hərəm müdafiəçilərinin xatirəsi də yad edildi.
İraq ruhanilərindən biri deyir: “İŞİD ilə savaşda bizə kömək edən iranlı mücahidlərə təşəkkür edirik. Heç şübhəsiz, onlar olmasaydı, İŞİD üzərində qələbə çox çətin olacaqdı.”
İraq və Suriyada İŞİD-in məğlub edilməsi ilə Qərb-Ərəb fitnəsi uğursuzluğa uğradı. Şəhidlərin qanı ilə suvarılan Müqavimət ağacının kökləri isə daha da möhkəmləndi.