Dek 11, 2017 21:41 Asia/Baku
  • Seyid Həsən Nəsrullah: Tramp artıq təcrid olub
    Seyid Həsən Nəsrullah: Tramp artıq təcrid olub

Livan Hizbullahının baş katibi deyib: ABŞ prezidenti Donald Tramp Qüds haqda qərarını elan etdikdən sonra təcrid olub və sadəcə sionist rejim onun yanındadır.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullaha bu gün günortadan sonra Beyrutun cənubunda Zahiyə bölgəsində Qüdsə dəstək üzrə aksiyalardan sonra deyib: Ərəb və islam xalqları işğalçılarla mübarizədə işğal olunmuş Qüds şəhərinə dəstək üzrə aksiya və piketlərinin çox önəmli olduğunu bilməlidirlər. Çünki bu iştirak işğalçılar və ABŞ-ın Qüds haqdakı qərarı ilə mübarizənin müxtəlif növlərindən biridir.

Bəhreyn nümayəndə heyətinin işğal olunmuş əraziyə getməsinə münasibət bildirən Seyid Həsən Nəsrullah deyib: Bəhreyn nümayəndə heyəti bu ölkə xalqının nümayəndəsi deyildir. Bəhreyn rejimi Fələstinə dəstək üzrə bu ölkə vətəndaşlarının aksiyasını yatırır. Bununla yanaşı sionist düşmənlə sazişlər bağlamaq üçün işğal olunmuş ərazilərə nümayəndə heyəti ezam edir. Bu isə Bəhreyn rejiminin rüsvayçılıqlarındandır.

Livan Hizbullahının baş katibi deyib: Trampın qərarından sonra, artıq ABŞ-ın terrorizmin hamisi olduğunu və İŞİD-i yaradan tərəf olduğunu anlamağımızın vaxtı gəlib çatıb.

Seyid Həsən Nəsrullah ictimai təzyiq və dövlətlərin sionist rejimlə əlaqələri durdurmaq yolu ilə bu rejimin təcrid edilməsini istəyib.

Livan Hizbullahının baş katibi həmçinin vahid strategiya və əməliyyat planının təyin olunması üçün müqavimət mehvərinin birliyini vurğulayıb: Trampın hərəkətinə ən önəmli cavab bütün Fələstin ərazilərində 3-cü intifazənin elan olunmasıdır.

Seyid Həsən Nəsrullah bir daha vurğulayıb: Qüds Fələstinin əbədi paytaxtıdır, ondan vaz keçməyəcəyik, fələstinlilər təzyiqlər və onlara diktə olunan hərəkətlərə qarşı çıxarlarsa və Qüdsün Fələstinin əbədi paytaxtı olmasında israrlı olarlarsa, heç kim onları öz ərazilərindən ayıra bilməz.

Teqlər