Fələstinli didərginlər Trampın Qüdslə bağlı qərarına etiraz olaraq aksiya keçiriblər
İordaniyada "Əlbəqə" fələstinli didərginlər düşərgəsinin sakinləri işğal edilmiş Qüdsü himayə və ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanımasına etiraz olaraq aksiya keçiriblər.
İRİB-nin verdiyi məlumata görə, Qətərin Əl-Cəzirə informasiya kanalı bildirir: Aksiya iştirakçıları Ərəb ölkələrinin Qüds əleyhinə təhdid qarşısında sükut etmələrini kəskin formada qınayıb və Ərəb ölkələrindən şüar vermək yerinə praktiki addımlar atmalarını istəyiblər.
Aksiya iştirakçıları həmçinin, İsrail səfirinin İordaniyadan çıxarılmasını istəyiblər.
Əlbəqə düşərgəsindəki dükan sahibləri də Trampın Qüdslə bağlı qərarına etiraz olaraq tətil aksiyası keçiriblər.
Əlbəqə düşərgəsi İordaniyadakı ən iri fələstinli didərgin düşərgəsidir. Bu düşərgədə 50 min fələstinli yaşayır.