İordaniyalılar İordaniyanın sionist rejimlə əlaqələrinin kəsilməsini vurğulayıblar
ABŞ dövlətinin işğal olunmuş Qüdsü sionist rejimin paytaxtı elan etmək üzrə qərarına qarşı geniş reaksiyaların davamında on minlərlə iordaniyalı öz ölkəsinin sionist rejimlə əlaqələrinin kəsilməsini istəyib.
İordaniyanın müxtəlif məntəqələrinin əhalisi dünən axşam geniş aksiya keçirərək, ABŞ dövlətinin anti-Fələstin qərarını pisləyib və Əmmanın sionist rejimlə əlaqələrinin kəsilməsi və Əmman-Vaşinqton əlaqələrinin yenidən nəzərdən keçirilməsi vacibliyini vurğulayıb.
İordaniyalı aksiyaçılar bu aksiyada geniş iştirakla Amerikanın bu ölkənin Fələstin məsələsində vasitəçilik roluna dair təbliğat hərəkətlərini rədd edərək, ABŞ-ın və sionist rejimin bayraqlarını yandırıblar.
Əllərində Məsciduləqsanın təsvirlərini tutan aksiyaçılar habelə Fələstindəki müqavimət qruplarının dəstəklənməsi vacibliyini vurğulayıblar.
İordaniyalılar ərəb və müsəlman ölkələrin Amerikanın regiondakı siyasətlərinin pislənilməsi istiqamətində İstanbul iclası daxil olmaqla müxtəlif iclaslarda iştirakını yetərsiz adlandırıblar. Onlar bu ölkələrin Amerikanın anti-Fələstin hərəkətləri barədə real və qətiyyətli qərar qəbul etmələrini vurğulayıblar.
Belə bir halda, Amerika səfirliyi ikinci dəfə olaraq, bu ölkə vətəndaşlarından istəyibdir ki, İordaniyada ictimai məkanlara və aksiya məkanlarına yaxınlaşmasınlar. Amerikanın İordaniyadakı səfirliyinin fəaliyyəti ABŞ prezidenti Donald Trampın Qüdsü sionist rejimin paytaxtı kimi təqdim etməsinin ardınca dayanıbdır.
Həmçinin suriyalılar dünən Dəməşqin ətrafında yerləşən "Ceramana" düşərgəsindəki fələstinli qardaşlarının kənarında anti-ABŞ aksiyası keçirərək, vurğulayıblar ki, Qüds həmişə suriyalıların məqsədi olaraq qalacaqdır.
Dünən Qəzzə zolağında və İordan çayının qərb sahilində ABŞ-ın qəsb olunmuş Qüdsə qarşı qərarının pislənilməsi və Qüds ilə həmrəyliyin ifadə olunması aksiyalarında şəhid edilmiş fələstinli şəhidlərin sayı altıya çatıb və yüzlərlə nəfər də yaralnıbdır.
Fələstin xalqı ABŞ prezidentinin qəsb olunmuş Qüdsə qarşı qərarı əleyhinə reaksiyalar ilə bir zamanda, daim Fələstinin müxtəlif məntəqələrində piketlər keçirir.