Dek 17, 2017 21:28 Asia/Baku
  • Həniyyə: Trampın Qüds əleyhinə qərarı qüvvəyə minməyəcək
    Həniyyə: Trampın Qüds əleyhinə qərarı qüvvəyə minməyəcək

Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın siyasi bürosunun rəhbəri Türkiyədə Qüdslə Həmrəylik toplantısına ünvanladığı müraciətdə bildirib: ABŞ prezidentinin Qüds əleyhinə qərarı gerçəkləşməyəcək.

Fars Xəbər Agentliyinin məlumatına görə, bazar günü Türkiyənin müxtəlif şəhərlərində ABŞ prezidentinin Qüdsü sionist rejimin paytaxtı elan etməsinə etiraz bu işğal olunmuş şəhərə dəstək üzrə irimiqyaslı aksiyalar keçirilib. 

HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyyə bu müraciətdə "İsrail dövlət deyil ki, onun üçün paytaxt təyin olunsun" deyərək bildirib: Qüds ərəb və islama aiddir və həmişəlik olaraq müsəlmanların ilk məsələsi qalacaq. 

Teqlər