Dek 20, 2017 13:49 Asia/Baku
  • Əlibadi Ərbildən dinc aksiyaya hörmət etməsini istəyib

İraqın baş naziri bu ölkənin Kürdüstan məntəqəsinin başçılarından həmin məntəqədəki dinc aksiyalara hörmət etməsini istəyərək, bildiribdir ki, Kürdüstan məntəqəsinin dövlət işçilərinin əmək haqqılarının ödənilməməsinin səbəbi, korrupsiyadır.

Heydər Əlibadi dünən öz həftəlik yığıncağında İraqın Kürdüstan məntəqəsindəki aksiyalara və etirazlara toxunub. O, xəbərdarlıq edibdir ki, Kürdüstan məntəqəsində vətəndaşlara qarşı hücum və təcavüz təqdirində İraq dövləti nəzarətçi olmayacaq və məsələyə qarışacaqdır.

İraqın Kürdüstan məntəqəsinin müxtəlif şəhərləri ötən iki gün ərzində məvaciblərin ödənişində bir neçə aylıq təxirə, həmçinin ümumi xidmətlərin olmamasına, korrupsiyaya və əks-idarəçiliyə qarşı geniş xalq etirazları səhnələri olublar.

Etirazçılar habelə Süleymaniyyə vilayətində Kürdüstan məntəqəsinin ədliyyə binasını, "Koy" icra hakimiyyətini və elektrik idarəsini yandırıblar.

 

Teqlər