Fələstin xristianlarının atası: Qüds əleyhinə son hərəkətlər Məkkəyə sirayət edəcək
Fələstin xristianlarının mənəvi atası bildirib: ABŞ Qüds əleyhinə son qərarı ilə Məkkəyə qədər uzanacaq dini müharibəni işə salır.
Fars Xəbər Agentliyinin məlumatına görə, Fələstin xristianlarının mənəvi atası və Müqəddəs Atributlara Yardım Uğrunda İslam-Xristian Heyətinin üzvü Emmanuel Müslim bir televiziya proqramında deyib: Fələstin xristianları bu ərazidə dini müharibəni istəmirlər. Lakin onlar müharibə ilə üzləşərlərsə, şübhəsiz müsəlmanlarla birlikdə sionist rejimlə mübarizədə ön cəbhədə olacaqlar.
Fələstin xristianlarının mənəvi atası deyib: İsrail rejiminin əl-Əqsa məscidi altındakı qazıntıları onun dağılması ilə nəticələnəcək. Elə buna görə dünya ictimaiyyəti bu rejimin hərəkətlərini durdurmaq üçün belə faciənin baş verməsinə mane olmalıdır.
Emmanuel Müslim deyib: ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi İsrailin tabutuna son mıxı vurmaq idi. Ərəb ölkələrindən sionist rejimlə mübarizə aparmaq üçün fələstinliləri silahla təchiz etmələrini istəyirəm.
Xristian ruhani deyib: Müqavimət, hər hansı saziş müzakirəsini və sionist rejimlə münasibətləri durdurmaq, fələstinlilərin zülmdən xilas olmaq və azadlıq üçün yeganə seçimidir.